13 fevral 2026 11:09
107

Rusiya qazının İrana tədarükü üçün müqavilə hazırlanır

Rusiya qazının İrana tədarükü üçün müqavilə hazırlanır.

“İki sahil” xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali Həştərxanda jurnalistlərə bildirib.

"Hazırda saziş layihəsi üzərində işləyirik. İran tərəfindən heç bir problem yoxdur. Artıq Rusiyanın yüksək vəzifəli hökumət rəsmiləri ilə danışıqlar aparmışıq. Bu sazişi imzalasaq, bu layihənin həyata keçirilməsinə başlaya bilərik. Texniki aspektlərə gəldikdə isə, layihənin həyata keçirilməsi iki-üç il çəkəcək", - deyə o bildirib.