2025-ci ildə əksər bələdiyyələrin büdcə daxilolmalarında müsbət nəticələr qeydə alınıb. 2024-cü illə müqayisədə yerli büdcələrə yerli vergilərdən təxminən 26 faiz (7,2 milyon manat) çox vəsait daxil olub.
“İki sahil” xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı bildirib.
“Eyni zamanda, 2025-ci il ərzində inzibati nəzarət orqanı tərəfindən 273 maarifləndirmə tədbiri həyata keçirilib və bu tədbirlərdə 7 mindən çox bələdiyyə nümayəndəsi iştirak edib. Bundan əlavə, bələdiyyə aktları və müraciətlərə baxılması zamanı 6074 tövsiyə göndərilərək müxtəlif məsələlər üzrə bələdiyyələrə metodoloji dəstək göstərilib”, - deyə nazir müavini vurğulayıb.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib