2026-ci ilin yanvar ayının sonuna olan vəziyyətə görə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı layihələr portfeli 895 milyon avro təşkil edir və 36 layihəni əhatə edir.
“İki sahil” AYİB-ə istinadən xəbər verir ki, bankın həmin layihələrdə iştirak payı 1 faiz təşkil edir, əməliyyat aktivlərinin həcmi isə 686 milyon avro civarında qiymətləndirilir.
Portfelin ümumi dəyərində özəl sektorun payı 40 faiz təşkil edir.
AYİB Azərbaycanda fəaliyyətə başladığı andan etibarən ölkə iqtisadiyyatına 3,612 milyard avro yatırım edib. Ayrılmış vəsaitin ümumi dəyəri 3,356 milyard avrodur.
İndiyə qədər AYİB Azərbaycanda 201 layihənin həyata keçirilməsinə dəstək olub.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib