19 fevral 2026 16:38
240

Qanvermə İNFARKT VƏ İNSULT RİSKİNİ AZALDIRMI? - OXUYUN XƏBƏRİNİZ OLSUN

Qanvermənin faydalarına gəldikdə ilk növbədə qeyd etmək lazımdır ki, donor mütəmadi olaraq tibbi müayinədən keçir ki, bu da sağlamlıq vəziyyətinə nəzarət baxımından üstünlükdür. Qanvermə zamanı orqanizmdə qan yaradan orqanlar fəaliyyətini artırır, yeni qan hüceyrələri yaranır, orqanizm daha sağlam və daha güclü olur.

Bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev “İki sahil”ə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, qanvermə infarkt və insult riskini azaldır, baş ağrısına yaxşı təsir edir, stresi azaldır, metobalizmi stimullaşdırır, həzm sistemi, qaraciyər və mədəaltı vəzi xəstəliklərinin qarşısını almağa yardım edir. Eləcə də qan təzyiqini stabilləşdirir, orqanizmdəki dəmir miqdarını normallaşdırır. Mütəmadi qanvermə orqanizmi cavanlaşdırır. 18-65 yaş arasında, çəkisi minimum 50 kq, boyu minimum 150 sm, qanında hemoqlabin səviyyəsi normal olan, sağlamlıq vəziyyəti imkan verən hər kəs qan donoru ola bilər.

Yaqut Ağaşahqızı,”İki sahil”