22 fevral 2026 20:48
98

Pakistan qüvvələri Əfqanıstanda 80-dən çox terrorçunu məhv edib

Pakistan gecə saatlarında həyata keçirdiyi hava zərbələri nəticəsində Əfqanıstanda 80-dən çox qiyamçını zərərsizləşdirib.

“İki sahil”in "Daily Pakistan"a istinadən xəbərinə görə, bu barədə güc strukturlarındakı mənbələr məlumat yayıb.

"Kəşfiyyat məlumatları əsasında Əfqanıstanın üç əyalətində - Nanqarhar, Paktika və Xostda qiyamçıların yeddi baza mərkəzi məhv edilib və 80-dən çox silahlı zərərsizləşdirilib", - məlumatda qeyd olunub.