Hindistan istehsalı olan dördüncü nəsil "Tejas" yüngül qırıcı təyyarəsi Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazasına eniş edərkən qəzaya uğrayıb, pilot uğurla katapult edib.
“İki sahil” xəbər verir ki, bu barədə yerli "Economic Times" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə fevralın əvvəlində, təlim uçuşundan sonra eniş edərkən baş verib. Təyyarə ciddi zərər görüb. Pilot yüngül xəsarətlər alıb.
Hadisə ilə bağlı hələlik rəsmi bəyanat verilməyib.
Bu, "Tejas" qırıcısının iştirakı ilə baş verən üçüncü qəzadır. Birincisi 2024-cü ilin martında ölkənin şimal-qərbində, Racastxan ştatının Caysalmer şəhəri yaxınlığında baş verib. Qəzaya baxmayaraq, pilot uğurla xilas olub. İkinci qəza 2025-ci ilin noyabrında, qırıcı Dubaydakı aviaşouda nümayiş çıxışlarında iştirak edərkən baş verib. Faciəvi qəza nəticəsində eskadrilya komandiri Namanş Syal həlak olub.
Astananın Azərbaycan icması Qazaxıstanda konstitusiya islahatlarını müzakirə edib