Meksikada “Yeni Nəsil Xalisko” kartelinin rəhbəri Nemesio Oseguera Cervantes-nun fevralın 22-də öldürülməsindən sonra ölkədə etirazlar və iğtişaşlar baş verib. Hadisələr nəticəsində ən azı 14 nəfər həyatını itirib.
“İki sahil” "Euronews"a istinadla xəbər verir ki, kartel üzvləri tərəfindən yandırılan avtomobillər 20 ştatda 250-dən çox yeri bloklayıb. Həlak olanlar arasında yeddi nəfər Milli Qvardiyanın hərbi qulluqçusu da var. Təhlükəsizlik tədbirləri çərçivəsində bir sıra ştatlarda məktəb dərsləri müvəqqəti olaraq dayandırılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə, xüsusilə turizm şəhəri Puerto Vallartada qalxan tüstü və panika ilə qaçan insanlar əks olunub.
Kartelin rəhbərinin öldürülməsi əməliyyatında Meksikaya ABŞ kəşfiyyatı yardım edib.
Hadisələr Meksikada təhlükəsizlik vəziyyətinin gərgin olduğunu və kartellərin ölkədə hələ də böyük təsirə malik olduğunu göstərir.