Serbiyanın hüquq-mühafizə orqanları ölkə Prezidenti Aleksandar Vuçiçə qarşı sui-qəsd cəhdi planlaşdırmaqda şübhəli bilinən iki şəxsi saxlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti xəbər verib.
"Daxili İşlər Nazirliyinin əməkdaşları D.R. (1975-ci il təvəllüdlü) və M.R.-ni (1983-cü il təvəllüdlü) həbs ediblər. Onlar Serbiya Respublikasının Konstitusiya quruluşunu zorakı yolla dəyişdirmək, silah almaq yolu ilə ən yüksək dövlət orqanlarını devirmək, Serbiya Respublikasının Prezidentinə, onun həyat yoldaşına və uşaqlarına, eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşlarına sui-qəsd cəhdində şübhəli bilinirlər", - açıqlamada bildirilir.
Şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib, cinayət işi Kralevodakı Ali Prokurorluğa göndəriləcək.
"Telegram"ın qurucusu Rusiyada "terrorizmə kömək etdiyinə görə" məhkum edilə bilər