24 fevral 2026 10:24
106

"Telegram"ın qurucusu Rusiyada "terrorizmə kömək etdiyinə görə" məhkum edilə bilər

Rusiyada Pavel Durovun hərəkətləri terror fəaliyyətinə yardım maddəsi üzrə cinayət işi çərçivəsində nəzərdən keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda" və "Rossiyskaya qazeta" birgə məlumat yayıb.

Bildirilib ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, "Telegram" 2022-ci ildən etibarən bir sıra istintaq işlərində, o cümlədən terror aktları və digər ağır cinayətlərlə bağlı araşdırmalarda hallanıb.

Nazirlik məsələ ilə bağlı əlavə detallar açıqlamayıb.