24 fevral 2026 11:42
98

Danimarka Ukraynaya 30 milyon dollar məbləğində əlavə humanitar yardım ayıracaq

Danimarka hökuməti Ukraynaya əlavə humanitar yardım qismində 190 milyon kron (30 milyon dollar) ayrılmasını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.

XİN başçısı Lars Lökke Rasmussenin sözlərinə görə, vəsait kəskin humanitar vəziyyətin öhdəsindən gəlməyə imkan verəcək və uzunmüddətli perspektivdə dəstəyi təmin edəcək.

Vəsait Danimarkanın vətəndaş cəmiyyətinə yardım təşkilatları, BMT-nin Ukraynadakı Humanitar Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsi, UNICEF, Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə yönəldiləcək.

2022-ci ilin fevralından bəri Danimarka Ukraynaya 205 milyon dollar məbləğində humanitar, 11,19 milyard dollar məbləğində isə hərbi yardım göstərib.