ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi əsas hədəflərdən biri olacaq.
“İki sahil” xəbər verir ki, “CNN” telekanalı bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, diplomatiya Tehranı nüvə proqramından imtinaya məcbur edə bilməsə, Vaşinqton administrasiyası bu ssenarini nəzərdən keçirəcək.
Xatırladaq ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə danışıqlarının ikinci mərhələsi baş tutub. Birləşmiş Ştatların Vitse-prezidenti Ceyms Devid Vens Tehranın danışıqlar zamanı Ağ Ev tərəfindən irəli sürülən bir neçə prinsipial mövqeni qəbul etmədiyini bildirib. ABŞ və İsrail əvvəllər İranın tək nüvə proqramından deyil, həm də ballistik raket istehsalından və Yaxın Şərqdə “İranpərəst” qüvvələrə dəstəyindən imtina etməsini istəyirdilər.
BMT: Asiya-Sakit okean regionunda təxminən 600 milyon insan gecəqondularda yaşayır
Danimarka Ukraynaya 30 milyon dollar məbləğində əlavə humanitar yardım ayıracaq