24 fevral 2026 10:48
92

“Qəbələ” – “Turan Tovuz” matçının hakimləri açıqlanıb

Misli Premyer Liqasının XIV turundan təxirə salınmış “Qəbələ” - “Turan Tovuz” oyununun hakim təyinatları açıqlanıb.

“İki sahil” xəbər verir ki, matçı Cavid Cəlilov idarə edəcək.

Baş hakimin köməkçiləri Kamran Bayramov və Müslüm Əliyev olacaq. Dördüncü hakim funksiyasını Əkbər Əhmədov yerinə yetirəcək.

Əliyar Ağayev VAR hakimi kimi fəaliyyət göstərəcək. Ona Zeynal Zeynalov kömək edəcək.

Görüşün hakim-inspektoru Babək Quliyev, AFFA nümayəndəsi isə İlham Əliyev olacaq.

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.