24 fevral 2026 14:05
82

Fransa XİN ABŞ səfirinin hökumət binalarına girişinə qadağa qoyub

Fransa xarici işlər naziri Jan-Noel Barro ABŞ səfiri Çarlz Kuşnerin Xarici İşlər Nazirliyinə (XİN) ikinci dəfə gəlməməsindən sonra hökumət binalarına onun girişini bağlamaq barədə sərəncam verib.

“İki sahil” xəbər verir ki, amerikalı səfir fransalı ultrasağçı fəal Kventin Derankın ölümü ilə bağlı şərhlərə dair izahat üçün quruma çağırılıb.

"Səfirlik missiyasının bu tələblərini anlamaqla bağlı açıq-aşkar bacarıqsızlıq fonunda XİN başçısı Fransa hökumətinin üzvləri ilə birbaşa əlaqə imkanının səfirə artıq verilməməsini tələb edib", - məlumatda bildirilib.

Bilidirilib ki, lakin Kuşnerə öz diplomatik vəzifələrini yerinə yetirməyə və rəsmi şəxslərlə fikir mübadiləsi aparmağa icazə veriləcək.

Fransa KİV-i vəziyyəti Paris və Vaşinqton arasında diplomatik münaqişənin daha bir nümunəsi kimi qiymətləndirir.

Qeyd edək ki, 23 yaşlı Kventin Derank fevralın 12-də Lionda radikal sol və ultrasağçı partiyaların tərəfdarları arasında toqquşmalardan sonra başına aldığı xəsarətdən ölüb.

Xatırladaq ki, Çarlz Kuşner ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin atasıdır.