"Brayton"un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqasında ən çox oyun keçirmə rekorduna görə Ginnesin Rekordlar Kitabına düşüb. 21 fevral 2026-cı il tarixində "Brentford"a qarşı keçirilən matçda (2:0) meydana çıxan 40 yaşlı futbolçu çempionatda oyun sayını 654-ə çatdırıb.
“İki sahil” xəbər verir ki, bu göstərici ilə o, uzun müddətdir Qaret Barriyə məxsus olan 653 oyunluq rekordu geridə qoyub. Ginnesin Rekordlar Kitabının nümayəndələri dünən "Brayton"un məşq bazasına gələrək bu tarixi nailiyyəti təsdiqləyən xüsusi sertifikatı Milnerə təqdim ediblər.
Milner 24 illik Premyer Liqa karyerası ərzində "Lids", "Nyukasl", "Aston Villa", "Mançester Siti", "Liverpul" və "Brayton"un heyətində çıxış edib. O, Premyer Liqada ən çox ardıcıl mövsüm (24) keçirən və ilk qolu ilə son qolu arasında ən uzun vaxt fərqi (22 il 248 gün) olan futbolçu kimi də rekordlara sahibdir.
Xatırladaq ki, rekordun yeni sahibi karyerası ərzində üç dəfə Premyer Liqa çempionu olub.
Qazaxda sərbəst və yunan-Roma güləşi üzrə U15 Azərbaycan çempionatı keçiriləcək