Tulanın "Arsenal" klubu azarkeşlərinə qarşı nümayiş etdirdiyi növbəti jestlə gündəmə gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə insayder İvan Karpov məlumat yayıb. Klub Rusiya Kubokunun "Regionlar yolu" mərhələsi çərçivəsində keçiriləcək səfər oyunu üçün azarkeşlərinin yol xərclərini öz üzərinə götürəcəyini açıqlayıb.
Beləliklə, martın 5-nə təyin olunan matç üçün klub 1000 azarkeşin yol xərclərini qarşılayacaq.
Qeyd edək ki, Tula təmsilçisinin doğma stadionunun ot örtüyü turnirin 1/4 final oyunu üçün yararsız hesab edilib. Bu səbəbdən matçın Moskva ətrafındakı Ximki şəhərində keçirilməsinə qərar verilib.
Qazaxda sərbəst və yunan-Roma güləşi üzrə U15 Azərbaycan çempionatı keçiriləcək