“Koreya Xalq Demokratik Respublikası (KXDR) hər il nüvə silahlarının sayını artıracaq”.
“İki sahil” xəbər verir ki, bunu KXDR lideri Kim Çen İn deyib.
“Biz dövlətin nüvə silahlı qüvvələrini hər il gücləndirməyi planlaşdırırıq. Nüvə silahlarının sayının artırılması, nüvə vasitələrinin genişləndirilməsi və onların tətbiq mühitinin böyüdülməsi üçün bütün səylərimizi göstərəcəyik”, – Kim Çen İn bildirib.
KXDR lideri əlavə edib ki, ölkənin suverenliyinə və təhlükəsizlik maraqlarına qəsd ediləcəyi təqdirdə Şimali Koreya ordusu düşmən ölkələrə qarşı dərhal amansız cavab zərbəsi endirəcək.
ABŞ-da 1,8 minə yaxın şirkət rüsumlarla bağlı hökumətdən kompensasiya tələb edir