Düşmənlərin iddialarına baxmayaraq, İran heç vaxt nüvə bombası hazırlamağa çalışmayıb.
“İki sahil” xəbər verir ki, İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bunu Cenevrədə ABŞ ilə danışıqların üçüncü raundundan əvvəl İranın dövlət televiziyasının efirində deyib.
“Düşmənlər deyirlər ki, İran atom bombası yaratmağa can atır, lakin biz nüvə silahı hazırlamağa çalışmadığımızı dəfələrlə bəyan etmişik”, - deyə dövlət başçısı bildirib.
Xatırladaq ki, 2003-cü ildə İranın Ali dini rəhbəri Ayətullah Əli Xamenei nüvə silahı istehsalını qadağan edən fətva verib. Eyni zamanda, Tehran dəfələrlə atom bombası yaratmaq niyyətində olmadığını bildirib.
ABŞ-da 1,8 minə yaxın şirkət rüsumlarla bağlı hökumətdən kompensasiya tələb edir