26 fevral 2026 11:48
98

“Epşteyn işi” haqda yeni detallar ortaya çıxdı

“Epşteyn işi” ilə bağlı yeni detallar ortaya çıxıb.

“İki sahil” xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Bildirilib ki, maliyyəçi Ceffri Epşteynin vəkili tərəfindən işə götürülmüş şəxsi müstəntiq Pol Laveri, 2005-ci ildə polis basqınından əvvəl Floridadakı malikanəsindən dəlilləri çıxarıb:

“Şəxsi müstəntiq evdən bir neçə kompüter, iyirmidən çox telefon kitabçası və cinsi əlaqəyə açıq materiallar da daxil olmaqla çoxlu sayda dəlil çıxarıb”.

Qeyd olunur ki, prokurorlar Epşteynin ilk cinayət işinin istintaqı zamanı heç vaxt sözügedən dəlillərə çıxış əldə edə bilməyiblər.

Xatırladaq ki, fevralın 15-də ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı sənədlərin açıqlanmasını başa çatdırıb.