27 fevral 2026 22:32
152

Bill Klinton Epşteyn işi ilə əlaqəsini təkzib edib

ABŞ-nin keçmiş Prezidenti Bill Klinton maliyyəçi Ceffri Epşteynin fəaliyyətini araşdıran Konqres komitəsi qarşısında çıxış edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) nəşri məlumat yayıb.

O bildirib ki, Epşteynin törətdiyi cinayətlər barədə heç nə bilmirdi.

"Mənim Epşteynin törətdiyi cinayətlərdən xəbərim yox idi", - Bill Klinton deyib və əlavə edib ki, hətta geriyə baxanda da, məni şübhələndirə biləcək heç nə görmürəm.

O qeyd edib ki, Epşteynlə ünsiyyətini onun cinayətləri üzə çıxmazdan əvvəl dayandırıb.

Dərc olunmuş sənədlərə və uçuş jurnallarına əsasən, 2000-ci illərin əvvəllərində o Klinton Fondunun işi ilə bağlı səfərlər çərçivəsində Epşteynin "Lolita Express" kimi tanınan şəxsi təyyarəsində azı 24 dəfə uçub.

Xatırladaq ki, ötən gün Hillari Klinton Konqresə ifadə verib. O bildirib ki, Epşteynin cinayətləri barədə məlumatı yox idi və heç vaxt onun məkanlarında olmayıb. H.Klinton Epşteynin sənədlərində Donald Trampın adının çoxsaylı hallanmasına işarə edərək, komitədən onun dindirməyə çağırılmasını istəyib.