27 fevral 2026 22:51
123

Rəşad Nəbiyev "Böyük Dəbilqə" turnirində medal qazanan idmançıları təbrik edib

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində qızıl medal qazanan Əhməd Yusifovu və gümüş medala sahib çıxan Balabəy Ağayevi təbrik edib.

“İki sahil” xəbər verir ki, qurum rəhbəri bu barədə "X"dəki hesabında yazıb.

"Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram", - R.Nəbiyev paylaşımını bildirib.