Pakistan qüvvələri ilə toqquşmalar nəticəsində həlak olan əfqan hərbçilərinin sayı ən azı 331 nəfərə yüksəlib, 500-dən çox adam yaralanıb.
“İki sahil” xəbər verir ki, bu məlumatları Pakistanın informasiya naziri Əttaulla Tarar "X" sosial şəbəkəsində açıqlayıb.
Onun bəyanatına əsasən, Əfqanıstan ərazisindəki 37 hədəfə hava zərbələri endirilib. Pakistan silahlı qüvvələri 104 əfqan blokpostunu məhv edib, daha 22-sini öz nəzarətinə götürüb. Bundan əlavə, tanklar, zirehli döyüş maşınları və artilleriya qurğuları daxil olmaqla 163-dən çox hərbi texnika məhv edilib.