28 fevral 2026 11:43
97

Rusiyada fərdi yaşayış evində yanğın zamanı beş nəfər ölüb

Rusiyanın Tula vilayətinin Plavsk rayonunda yaşayış evində baş verən yanğın zamanı beş nəfər həlak olub.

“İki sahil” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatında deyilir.

"Bu gün səhər saatlarında yanğınsöndürmə xidmətinə Qorbaçevo qəsəbəsində yerləşən fərdi yaşayış evində yanğın barədə məlumat daxil olub. Hadisə yerinə gedən xilasetmə qüvvələri 48 kvadratmetr sahədə yanğını söndürüblər. Beş nəfər həlak olub, onların şəxsiyyətləri müəyyənləşdirilir", - məlumatda bildirilib.

Rusiya İstintaq Komitəsinin Tula vilayəti üzrə İstintaq İdarəsinin müstəntiqləri hadisə yerində işləyir, yanğının səbəbi müəyyənləşdirilir. Yanğının söndürülməsinə altı nəfər və iki ədəd texnika cəlb edilib.