28 fevral 2026 11:53
88

Tramp ABŞ ordusunun İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını bəyan edib

ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını bəyan edib. Onun sözlərinə görə, İran rejimi uzun illərdir ABŞ vətəndaşlarına qarşı təhdidlər səsləndirib və Vaşinqton bu təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçib.

“İki sahil” xəbər verir ki,  Tramp çıxışında bildirib ki, 47 illik İran rejimi “Amerikalılara ölüm” şüarları səsləndirib və ABŞ buna cavab vermək məcburiyyətində qalıb. Prezident vurğulayıb ki, əsas məqsəd İran rejimindən qaynaqlanan təhlükələri aradan qaldırmaq və Amerika xalqının təhlükəsizliyini təmin etməkdir. O, həmçinin qeyd edib ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq.

Məlumatlara görə, əməliyyatlar İsraillə koordinasiyalı şəkildə həyata keçirilir. Regionda gərginliyin artdığı, bəzi ölkələrin diplomatik nümayəndəliklərini və vətəndaşlarını təhlükəsizlik səbəbilə bölgədən çıxarmağa başladığı bildirilir.