ABŞ rəsmiləri İran əleyhinə hava və dəniz əməliyyatlarına başlandığını bildiriblər.
“İki sahil” xəbər verir ki, Associated Press agentliyinə danışan və əməliyyatlardan xəbəri olan bir ABŞ rəsmisi Vaşinqtonun İsrailin İrana qarşı həyata keçirdiyi hücumlara qoşulduğunu deyib.
Eyni zamanda, The New York Times qəzetinə danışan ABŞ və İsrail rəsmiləri də ABŞ və İsrailin birlikdə İrana zərbələr endirdiyini bildiriblər.
CNN telekanalına açıqlama verən iki ABŞ rəsmisi hücumların davam etdiyini bildirib. Rəsmilərdən biri əməliyyatların “kiçik miqyaslı olmadığını” vurğulayıb və hücumların genişmiqyaslı xarakter daşıdığını qeyd edib.
Bundan əvvəl İsrailin müdafiə naziri Katz İran əleyhinə “önləyici zərbə” başlatdıqlarını açıqlamışdı.