Böyük Britaniya İrana qarşı əməliyyatlarda iştirak etməyib.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniya hökumətinin sözçüsü açıqlama yayıb.
Bildirilib ki, Baş nazir Kir Starmer bu gün məsələ ilə bağlı hökumətin fövqəladə “Kobra” komitəsinin iclasını keçirəcək.
Hökumət sözçüsü açıqlamasında qeyd edib ki, İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verilməməlidir. Rəsmi London daha geniş regional münaqişənin alovlanmasını istəmədiyini də bildirib. Bildirilib ki, hökumət üçün hazırda əsas prioritet regionda olan Britaniya vətəndaşlarının təhlükəsizliyidir və onlara konsulluq dəstəyi göstəriləcək.
Putin İran ətrafındakı vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirib