28 fevral 2026 17:50
96

Yunanıstan İran və Yaxın Şərqdəki vəziyyəti narahatlıqla izlədiyini açıqlayıb

Yunanıstanın Xarici İşlər Nazirliyi İran və Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı açıqlama yayaraq, vəziyyətin yaxından və narahatlıqla izlənildiyini bəyan edib.

“İki sahil” xəbər verir ki, nazirliyin məlumatına görə, regionda gərginliyin artması daha genişmiqyaslı sabitlik riskləri yarada bilər. Rəsmi Afina beynəlxalq hüquqa hörmətin və diplomatik kanallar vasitəsilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Açıqlamada, həmçinin bildirilib ki, Yunanıstan hakimiyyəti müttəfiqləri və tərəfdaşları ilə daimi əlaqə saxlayır, vəziyyətin inkişafını operativ şəkildə qiymətləndirir. Zərurət yaranacağı halda, əlavə tədbirlərin görüləcəyi istisna edilmir.

Xarici İşlər Nazirliyi regiona səfər etməyi planlaşdıran vətəndaşlara diqqətli olmağı və rəsmi tövsiyələri izləməyi məsləhət görüb.

Qeyd edək ki, Yaxın Şərqdə baş verən son hadisələr bir sıra Avropa ölkələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub və beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.