Misli Premyer Liqasının 22-ci turunda "Qarabağ" "Sabah"ı qəbul edib
“İki sahil” yazır ki, oyunun 13-cü dəqiqəsində “Sabah”ın futbolçusu Xəyal Əliyev hesabı açıb.
54-cü dəqiqədə Aron Maluda bakılıları üstünlüyünü iki, 60-cı dəqiqədə fərqlənən Coy Lens Mikels üç topa yüksəldib – 0-3.
73-cü dəqqədə Pedro Bikalyo buraxılan qollardan birinin əvəzini çıxıb. 78-ci dəqiqədə isə Kevin Medina fərqi minimuma endirib. 84-cü dəqiqədə fərqlənən Musa Qurbanlı “Qarabağ”ın bərabərlik qolunu vurub - 3-3.
Misli Premyer Liqası,
22-ci tur
1 mart (bazar)
19:00. “Qarabağ” 3–3 “Sabah”
Qol: Xəyal Əliyev, 13 (0-1) Aron Maluda, 54, (0-2) Coy Lens Mikels, 60 (0-3), Pedro Bikalyo, 73 (1-3), Kevin Medina, 78 (2-3), Musa Qurbanlı, 84 (3-3)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”