01 mart 2026 23:44
101

İranın BƏƏ-yə atdığı raketlər MKİ-nin altı yüksək rütbəli zabitini öldürüb

İranın Birləşmiş Ərəb Əmirliklərinə raket hücumları nəticəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) altı yüksək rütbəli zabiti həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) BƏƏ-yə atdığı raketlərdən biri ABŞ kəşfiyyat zabitlərinin istifadə etdiyi yaşayış yerlərindən birinə dəyib. Nəticədə altı yüksək rütbəli MKİ zabiti həlak olub, ikisi isə yaralanıb.

Dünən məlum olub ki, BƏƏ-dəki Mərkəzi Kəşfiyyat İdarəsinin bir obyekti İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən raket hücumuna məruz qalıb.