Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-ın İrana endirdiyi zərbələrlə bağlı Yaxın Şərqdə yaranmış vəziyyət Ukraynaya silah tədarükünün azalmasına səbəb ola bilər.
“İki sahil” xəbər verir ki, o, bu barədə "STRANA.ua" nəşrinə açıqlamasında danışıb.
Onun sözlərinə görə, hazırda İranla bağlı silahlı qarşıdurma Ukraynaya "Patriot" raket sistemlərinin çatdırılmasına təsir göstərməyib. Lakin Zelenski qeyd edib ki, hərbi əməliyyatlar uzanacağı təqdirdə belə risklər mövcuddur.
Analitiklər hesab edirlər ki, Yaxın Şərqdə gərginliyin artması Qərb ölkələrinin hərbi və maliyyə resurslarının yenidən bölüşdürülməsinə gətirib çıxara bilər ki, bu da Ukraynaya dəstəyin həcminə təsir göstərə bilər.