İsrail Müdafiə Ordusu "Hizbullah"ın yüksək vəzifəli döyüşçülərinə qarşı yönəlmiş Livana silsilə zərbələri yekunlaşdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
"Livan ərazisindən İsrail istiqamətində mərmilərin atılmasından sonra İsrail Müdafiə Ordusu Livanın bütün ərazisinə genişmiqyaslı zərbələr endirib. Əməliyyat çərçivəsində Beyrut rayonunda "Hizbullah"ın yüksək vəzifəli döyüşçüləri dəqiq zərbə ilə vurulub", - məlumatda bildirilib.
Eyni zamanda İsrailin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri bütün Livan ərazisində "Hizbullah" və İranın onlarla komanda mərkəzinə zərbələr endirib. Tir rayonunda döyüşçülərin silah saxlamaq üçün istifadə etdiyi obyekt vurulub.