02 mart 2026 16:01
110

Britaniyada yeniyetmələrə sosial şəbəkə qadağası üzrə eksperiment aparılacaq

Böyük Britaniya hökuməti yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə qadağa və ya məhdudiyyətlərin tətbiq oluna biləcəyini öyrənmək üçün pilot eksperiment aparacaq.

“İki sahil” xəbər verir ki, məlumatı "The Guardian" yayıb. İlk mərhələdə 13–15 yaş arasında 150 yeniyemə eksperimentdə iştirak edəcək.

Eksperiment sosial şəbəkələr üçün yaş məhdudiyyətlərinin tətbiqi üzrə məsləhətləşmələr şəklində keçiriləcək. Proses bu gün başlayacaq və üç ay davam edəcək. Müzakirələrdə sosial şəbəkələrin tam qadağasının və ya məhdud istifadə (məsələn, yalnız gündə bir saat və ya gecə saatlarında qadağa) kimi variantların gənclərə təsiri öyrəniləcək.

Açıqlamanda deyilir ki, hökumət ailələr və yeniyetmələrin iştirakı ilə real pilot layihələri aparacaq ki, gələcəkdə mümkün məhdudiyyətlərin praktikada necə işləyə biləcəyini öyrənsin. Ekspertlər müxtəlif variantların yeniyetmələrin fiziki vəziyyətinə, əhval-ruhiyyəsinə, yuxu rejiminə və digər göstəricilərə təsirini araşdıracaqlar.

Bu pilot layihə, sosial şəbəkələrin gənclər üzərindəki potensial təsirlərini daha yaxşı başa düşmək və gələcək qanunvericilik üçün əsas yaratmaq məqsədi daşıyır.