Bu ilin fevral ayında "OpenAI" tərəfindən yaradılmış süni intellekt modeli "ChatGPT"nin Azərbaycan bazarındakı payı 79,98 faizədək azalıb.
“İki sahil” "Global Stats" Statistika Mərkəzinə istinadən xəbər verir ki, cari ilin fevral ayında Azərbaycanda "ChatGPT"dən istifadə əvvəlki ayla müqayisədə 0,51 faiz bəndi azalıb.
Bundan əlavə, "Microsoft"un "Copilot" çat-botunun bazar payı 3,26 faiz, "Google"un "Gemini" çat-botunun bazar payı 7,5 faiz, "Perplexity" çat-botunun bazar payı 7,88 faiz, "Claude" çat-botunun bazar payı isə 1,37 faiz təşkil edib.