05 mart 2026 11:25
96

“Belavia” aviaşirkətinin Omandan təxliyə reysi Minskə eniş edib

Belarusun “Belavia” aviaşirkətinin Omandan həyata keçirdiyi BRU-9322 təxliyə reysi Minsk Milli Aeroportuna eniş edib.

“İki sahil” xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təyyarə yerli vaxtla saat 08:50-də Belarus paytaxtına çatıb.

Martın 4-də Omanın Salalah hava limanından havaya qalxan təyyarənin göyərtəsində 164 sərnişin olub. Uçuş təhlükəsizlik məqsədilə Qazaxıstanın Aktau şəhərində yanacaq doldurmaq üçün aralıq dayanacaq etməklə reallaşdırılıb.

Qeyd olunub ki, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar tur operatorları və aviaşirkətlər təhlükəsizliyi təmin etmək üçün vəziyyəti daim izləyir və marşrutları buna uyğun tənzimləyirlər.