05 mart 2026 11:57
95

İran səfirliyi ictimai xadimlər vasitəsilə Paşinyana narazılıq siqnalları göndərir

Bu gün gün ərzində İranda yaranmış müharibə vəziyyəti fonunda Ermənistan hakimiyyətinin passiv mövqeyi ilə bağlı narazılığını bildirmək üçün İrandakı səfirliyin nümayəndələri diplomatik kanallar vasitəsilə Ermənistanın ictimai-siyasi xadimləri və ekspertləri ilə əlaqə saxlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

Nəşrin mənbəsinin sözlərinə görə, səfirlik nümayəndələri həmin şəxslərə Azərbaycan Prezidenti İlham Əliyevin İran səfirliyinə etdiyi səfərin fotosunu göndərib və incə şəkildə soruşublar ki, niyə oxşar addımı Nikol Paşinyan atmayıb?

“Bu addımla İran tərəfi, əslində, qonşu ölkədə davam edən müharibə fonunda Paşinyanın nümayiş etdirdiyi passiv mövqedən narazılığını ifadə edir.

Qeyd edək ki, bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran səfirliyinə gedərək matəm kitabına qeyd yazıb.

Xatırladaq ki, bir gün əvvəl Gürcüstana rəsmi səfəri çərçivəsində Nikol Paşinyan sosial şəbəkələrdə video paylaşmışdı. Videoda o, zərb alətlərində ifa edir və paylaşımda belə yazmışdı: “Gürcü dostlar üçün gürcü dostlarla birlikdə ifa etmək şərəf idi”. Bu video sosial şəbəkələrdə geniş müzakirələrə və tənqidlərə səbəb olmuşdu”, - deyə nəşr bildirib.