"Bu gün İsrailin Baş naziri Benyamin Netanyahu, eləcə də prezident Cozef Aun və Livanın Baş naziri Nəvaf Salamla Livandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq üçün danışdım".
“İki sahil” xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron X hesabında yazıb.
Makron İsrailin baş naziri Binyamin Netanyahunu Livanda quru əməliyyatları aparmaqdan çəkinməyə çağırıb: "Mən Hizbullah"ın İsrailə və ondan kənara hücumlarının dərhal dayandırılmasının vacibliyini bir daha təkrarladım. Gərginliyi artırmaq strategiyası bütün regionu təhlükəyə atan ciddi bir səhvdir. Mən həmçinin İsrail Baş nazirini Livanın ərazi bütövlüyünü qorumağa və quru əməliyyatları aparmaqdan çəkinməyə çağırdım. Tərəflərin atəşkəs razılaşmasına qayıtması vacibdir.
Livanın cənubundakı humanitar fövqəladə vəziyyətə cavab olaraq, Fransa məcburi köçkün Livan əhalisini dəstəkləmək üçün təcili tədbirlər görəcək. Livan xalqı ilə həmrəyliyimiz və regional sabitliyə sadiqliyimiz hərəkətlərimizin mərkəzində qalır".