05 mart 2026 11:50
92

İsrail İranla münaqişədə yaralananların sayını açıqlayıb

İsrailin Səhiyyə Nazirliyi son 24 saat ərzində İranla yaşanan münaqişə ilə əlaqədar ölkə xəstəxanalarına 199 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri ilə daxil olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə “Times of Israel”ə məlumat yayıb.

Yaralılardan 14-ün vəziyyəti orta-ağır qiymətləndirilir. Ümumilikdə toqquşmaların başladığı gündən (28 fevraldan) bəri xəstəxanalara 1473 nəfər çatdırılıb.Onlardan 145 nəfəri hələ də xəstəxana palatalarında və ya reanimasiya şöbələrində qalmaqdadır, qalanlarının müalicə olunaraq evə buraxıldığı deyilir. 4 yaralının vəziyyəti ağır olaraq qiymətləndirilir.