ABŞ "USS George H.W. Bush" aviadaşıyıcısının rəhbərlik etdiyi üçüncü aviadaşıyıcı zərbə qrupunu Yaxın Şərqə göndərməyə hazırlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Telekanalın jurnalisti Lukas Tomlinsonun sözlərinə görə, üçüncü təyyarədaşıyan qrup tezliklə Atlantik okeanını keçəcək və İrana qarşı əməliyyata qoşula biləcək.
Qeyd olunub ki, ABŞ-İsrail hərbi əməliyyatının keçirildiyi ərazidə artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Lincoln" aviadaşıyıcısı var, ikinci aviadaşıyıcı - "USS Gerald R. Ford" isə hazırda Qırmızı dənizdə yerləşir.
Çin 2030-cu ilə qədər iqtisadiyyatının karbon intensivliyini 17 faiz azaltmağı planlaşdırır
Venesuela ABŞ ilə mövcud fikir ayrılıqlarının diplomatik yollarla həllini təklif edir