07 mart 2026 13:24
120

Martın 8-də gözlənilən hava şəraiti açıqlandı

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli, gecəyə doğru isə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.