09 mart 2026 22:49
106

Albaniya İranın Türkiyəyə qarşı ballistik raket hücumunu pisləyib

Albaniya İranın Türkiyəyə qarşı ballistik raket hücumunu qəti şəkildə pisləyib.

“İki sahil” xəbər verir ki, bunu Albaniyanın Baş naziri Edi Rama deyib.

O bildirib ki, son günlərdə ikinci hücumun baş verməsi dərin narahatlıq doğurur:

"Türkiyə Albaniya üçün qardaş ölkə, strateji tərəfdaş və dəyərli NATO müttəfiqidir. İran rejiminin qonşularına davamlı hücumlar edərək gərginlik və sabitliksizlik yaratmaq cəhdləri son dərəcə təhlükəlidir. Belə hərəkətlər vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər və regional, eləcə də beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır".

Baş nazir onu da diqqətə çatdırıb ki, Albaniya NATO-nun quru, hava məkanının və vətəndaşlarının müdafiəsində sürətli reaksiyasını alqışlayır:

"Albaniya Türkiyə və bütün NATO müttəfiqləri ilə birgə Alyansın təhlükəsizliyi və birliyinin qorunmasına sadiqdir".