Türkiyədə 14 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində təbii qaz partlayışı baş verib.
“İki sahil” “TRT Haber”ə istinadla yazır ki, hadisə Niğdedə baş verib.
Ciddi ziyan dəyən binada, ilkin məlumatlara görə, 12 nəfər yaralanıb.
Yaralılar səhiyyə qrupları tərəfindən şəhərdəki xəstəxanalara aparılıb.
Araşdırma aparılır
Məhərrəm Ağalaroğlu, “İki sahil”