09 mart 2026 23:16
108

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

Qətər Silahlı Qüvvələri İran tərəfindən buraxılmış 17 ballistik raketi və 6 pilotsuz uçuş aparatını uğurla ələ keçirib, zərərçəkən yoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə əmirliyin Müdafiə Nazirliyi məlumat yayıb.

“Bazar ertəsi günün ikinci yarısınadək Qətər Dövləti İran İslam Respublikası tərəfindən buraxılmış 17 ballistik raket və 6 pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. … Silahlı qüvvələrimiz 17 ballistik raketi və 6 pilotsuz uçuş aparatını heç bir itki olmadan uğurla ələ keçirib”, – deyə qurumun “X” sosial şəbəkəsində yayılan bəyanatda qeyd olunub.