“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə prosesi davam etdirilir.
“İki sahil” xəbər verir ki, Pakistanın İrandakı səfirliyinin əməkdaşı sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.
Diplomatik nümayəndə sərhəd-buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və digər prosedurlardan keçdikdən sonra təhlükəsiz şəkildə ölkə ərazisinə buraxılıb.
Qeyd edək ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə müxtəlif ölkələrin vətəndaşlarının təxliyəsi davam etdirilir.
Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib
Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib