20 mart 2026 22:01
116

Zelenski ABŞ-də keçiriləcək görüşün əsas mövzularını açıqlayıb

ABŞ-də planlaşdırılan Ukrayna-Amerika ikitərəfli görüşündə danışıqlar, təhlükəsizlik və Kiyevə əlavə dəstək ilə bağlı bütün məsələlər nəzərdən keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, əsas mövzulardan biri Rusiya tərəfi ilə mümkün üçtərəfli görüşə hazırlıq olacaq. Ukrayna amerikalı tərəfdaşlarından onun həyata keçirilməsi üçün dəqiq vaxt cədvəlləri və ya heç olmasa təxmini tarixlər alacağını gözləyir.

Ukrayna lideri həmçinin Vaşinqtonun Rusiya enerji təchizatına qoyulan məhdudiyyətləri yumşaltmaq qərarı fonunda ABŞ ilə sıx koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıb. Onun qiymətləndirməsinə görə, bu, əlavə risklər yaradır, çünki Rusiyanın gəlirini və müvafiq olaraq cəbhədəki imkanlarını artırır.