İran İsrailə və ABŞ-nin bölgədəki bazalarına qarşı "Gerçək vəd 4" əməliyyatının 69-cu dalğasını həyata keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, İsrailin Təl-Əviv, Əkka və Hayfa şəhərlərindəki obyektlər hədəf alınıb, döyüş təminatı şirkətləri, radar sistemləri atəşə tutulub. Bununla yanaşı, ABŞ-nin bölgədəki bazalarına da zərbələr endirilib, F-16 və F-35 qırıcılarını yanacaqla təmin edən təyyarələrin saxlanıldığı anqara hücum təşkil olunub.