20 mart 2026 23:26
100

ABŞ Yaxın Şərqə 4500 hərbçidən ibarət hücum qrupu göndərib

ABŞ Dəniz Piyadaları Korpusunun 11-ci dəniz ekspedisiya bölməsinin rəhbərlik etdiyi amfibiya hücum qrupu Yaxın Şərqə yola düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Fox News" kanalı ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.

Təxminən 4500 dənizçi və dəniz piyadasından ibarət qrup 18 mart çərşənbə günü San-Dieqodan yola düşüb və hazırda Sakit okeanı keçir. Rəsmilər Yaxın Şərq məsuliyyət zonasına keçidin təxminən bir ay çəkəcəyini hesab edirlər.

"USS Boxer" amfibiya hücum gəmisinin hava qrupu beşinci nəsil "F-35B Lightning II" qırıcı təyyarələri, "MV-22B Osprey" tiltrotor təyyarələri və "AH-1Z Viper", "UH-1Y Venom" və "MH-60S Seahawk" helikopterləri ilə təchiz olunub.