30 mart 2026 11:46
96

Yüksək Liqada müntəzəm mövsüm başa çatır

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümə bu gün yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, XX turun oyunları eyni gündə keçiriləcək.

Saat 14:00-da "Ordu" "Gənclər"lə, 16:00-da "Neftçi" "Azərreyl"lə, 18:00-da "Murov Az Terminal" "Xilasedici" ilə üz-üzə gələcək.

Bütün qarşılaşmalar Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.