30 mart 2026 15:08
114

Pakistanda təbii fəlakət 14 can aldı

Pakistanda güclü yağışlar nəticəsində evlər uçub.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, Xayber Paxtunxva əyalətinin Bannu şəhərində və Pəncab əyalətinin Lahor şəhərində baş verən dağıntılar nəticəsində 14 nəfər ölüb, 44 nəfər yaralanıb.

Belə ki, Bannu şəhərində yağış nəticəsində ən azı 3 ev uçub, ağaclar kökündən qırılıb və nəqliyyat iflic olub. Dağıntılarda 12 nəfər ölüb, 42 nəfər yaralanıb, onlardan ikisi ağır vəziyyətdədir. Lahor şəhərində isə güclü yağış və külək səbəbindən bir evin damının uçması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”