30 mart 2026 19:03
106

Aİ İrana qarşı sanksiyalarını uzadıb

Avropa İttifaqı (Aİ) Şurası İranda ciddi insan hüquqları pozuntularına qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin 13 aprel 2027-ci ilə qədər uzadıldığını açıqlayıb.

İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, Aİ Şurasının yaydığı açıqlamada İranda ciddi insan hüquqları pozuntularına qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin 13 aprel 2027-ci ilə qədər uzadıldığı və yenilənmiş siyahıya ümumilikdə 262 şəxs və 53 qurumun daxil olduğu bildirilib.

Bəyanatda qeyd olunur ki, bu sanksiyalara səyyahət qadağaları və aktivlərin dondurulması daxildir. Həmçinin daxili repressiyalarda istifadə edilə bilən avadanlıqların və telekommunikasiya monitorinqi üçün texnologiyaların İrana ixracı da qadağandır.

Bəyanatda həmçinin qeyd olunur ki, Aİ vətəndaşları və şirkətləri siyahıdakı şəxslərə və qurumlara hər hansı maliyyə vəsaiti verməyə qadağa qoyulmuş və sanksiyaların nəzərdən keçirilməsi prosesi zamanı bir mərhum şəxsin siyahıdan çıxarılması təmin edilib.

Aİ ilk dəfə İrana qarşı sanksiyaları 2011-ci ildə ciddi insan haqları pozuntularına görə tətbiq edib və o vaxtdan bəri bu tədbirləri hər il uzadıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”