30 mart 2026 23:04
97

Qazaxıstanda avtobus qatarla toqquşub, xəsarət alanlar var

Qazaxıstanın Almatı vilayətində dəmir yolu keçidində sərnişin avtobusu qatarla toqquşub.

“İki sahil”in Qazaxıstan mediasına istinadla verdiyi məlumata görə, avtobus keçiddə kömür stansiyasından hərəkət edən qatara çırpılıb.

Hadisə zamanı xəsarət alan 6 nəfər tibb müəssisəsinə çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.