10 aprel 2026 11:01
109

Polşa ölkədəki Amerika hərbi kontingentinin artırılmasında maraqlıdır

Polşa ölkədə yerləşən ABŞ qoşunlarının sayının artırılmasına ümid edir.

“İki sahil” xəbər verir ki, bunu müdafiə naziri Vladislav Kosinyak-Kamış "Rzeczpospolita" qəzetinə müsahibəsində deyib. “Biz Polşada Amerika qoşunlarının mövcudluğunu artırmağa ümid edirik”, - deyə o bildirib və əlavə edib ki, bu, “Yaxın Şərqdəki vəziyyətdən asılı deyil”. Nazirin sözlərinə görə, NATO-nun şərq cinahının gücləndirilməsi ilə bağlı Vaşinqtonla danışıqlar uzun müddətdir davam edir. Yaxın Şərqdəki vəziyyət bir neçə aydır hazırlıq mərhələsində olan planın həyata keçirilməsinə maneə törətmir.

Hazırda Polşada təxminən 10 min Amerika hərbçisi var.